28 aprel 2022 14:31
823

YAP Daşkəsən rayon təşkilatı Zərifə xanım Əliyevanın xatirəsini yad edib FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib.

Bununla əlaqədar olaraq YAP Daşkəsən rayon təşkilatının Gigiena və Epidemiologiya Mərkəzi, Səməd Vurğun adına, Muşavaq və Qaraqollar ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib.
Yığıncaqlarda Zərifə xanım Əliyevanın müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğu qeyd edilib.
Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Səməd Vurğun adına ərazi partiya təşkilatının sədri Şəhla Əliyeva və başqaları ulu öndər Heydər Əliyevə və Zərifə xanıma allahdan rəhmət diləyiblər.
Eyni zamanada Ölkə Prezidenti, Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, tarixi torpağımız olan Şuşa şəhərinin dünya azərbaycanlılarının görüş yerinə çevrilməsi haqqında danışıblar.
Yığncaqların yekununda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub. Digər bir qrup gənc isə YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"