28 aprel 2022 14:44
816

Bəzi məşhurlarda "Lətifələşmə" gedir

"Hiss edirəm ki, bir çoxları məni təkrarlamağa başlayıb. Mənim hekayələrimi təkrarlayırlar. Bəzi məşhurlarda artıq "Lətifələşmə" gedir".

“İki sahil” xəbər verir ki, bu sözləri açıqlamasında müğənni Lətifə Soyuöz deyib. Sənətçi bir çox sənət adamının onun instaqramdakı hekayələrini təkrarladığını söyləyib. Lətifə bildirib ki, etdiyi paylaşımlar tanınmış simaların bəzilərinə örnək olub: "Anlayıram ki, məni saxta profillərlə izləyirlər. Hərdən digər səhifələr onları paylaşır, baxıram ki, mənim danışığımı təkrarlayır, dediyim sözləri söyləyirlər. Gör, götür dünyasıdır. Yaxşı bir adamdan örnək alırlar. Amma özləri olsalar, daha yaxşı olar".