Azərbaycan Dövlət Pedaqoji Universitetində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Əziz Ələkbərli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və şəhid anaları iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə M.Nağıyev və Ə.Ələkbərli çıxış ediblər. Onlar Azərbaycan xalqının zəfər qazanmış güclü bir xalq olduğunu vurğulayıb.
Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, şəhidi olan millət heç zaman sarsılmaz: "Qardaşım Məhərrəm də şəhid qardaşlarımızdan biridir. Bizim xalq olaraq başımızı şəhidlərimiz ucaltdı. Arzu edirəm ki, xalqımıız hər zaman başı dik olsun, heç zaman əyilməsin".
Daha sonra şəhid anaları çıxış edib.
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”
Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub