28 aprel 2022 22:07
1014

Məzahir Əfəndiyev Ağdaşda şəhidin ailəsini ziyarət edib FOTO

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Nehrəxəlil kəndinin İkinci Qarabağ Müharibəsi şəhidi Çələbili Vüqar Fərəculla oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.  

“İki sahil” xəbər verir ki, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Vüqarın 29 yaşı tamam olacaqdı. Şəhid Vüqar Fərəculla oğlu Çələbili 30 aprel 1993-cu il tarixində Ağdaş rayon Ləki Qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, hərbi xidmətini Sumqayıt şəhərində başa vuran Vüqar 2012-ci ildə doğma kəndinə qayıdıb. 
İkinci Qarabağ – Vətən Müharibəsi başlayanda könüllü cəbhəyə yazılmış, lakin onu aparmayaraq geri göndəriblər. Amma Vüqar yenidən müraciət edərək oktyabrn 5-də cəbhəyə yola düşüb. Onun döyüş yolu Qubadlıdan başlamış, sonra Hadrutda və bir sıra kəndlərin alınmasında, Şuşa istiqamətində gedən döyüşlərdə də iştirak etmişdir. 2 noyabr tarixində itkin düşən Vüqarın dekabrın 13-də nəşi tapılıb və bir gün sonra Nehrəxəlil kənd qəbristanlığında torpağa tapşırılmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Çələbili Vüqar ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.