29 aprel 2022 12:39
839

Məzahir Əfəndiyev Göyçay və Ağdaş məktəblərində görüşlər keçirib - FOTO

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay şəhər peşə liseyi, 7 saylı və Ağdaş rayon Kotanarx kənd tam orta məktəblərində pedaqoji və şagird kollektivi ilə bir sıra görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.

Eyni zamanda peşə təhsilinin inkişafının son zamanlar əhalinin məşğulluq səviyyəsinin artmasına təsirini, habelə məşğulluq haqqında qanunun gənclərin müstəqil və yaxud dövlətin dəstəyi ilə inkişaf etməsinə və həyat qurmasına dəstək verdiyini qeyd edildi.

M.Əfəndiyev təhsil müəssisələrində tədris prosesi, məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.

Sonra millət vəkili Ağdaş rayon Nehrəxəlil kənd İcra Nümayəndəliyində keçirilən qəbul zamanı Kotanarx, Cardam və Nehrəxəlil kənd sakinləri, bir qrup kənd zəhmətkeşləri, habelə şəhid və qazi ailələri ilə görüşərək onların suallarını cavablandırıb. Qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənilib, onları narahat edən müxtəlif problemlər diqqətə götürülüb.

Eyni zamanda, deputat səfər çərşivsində Ağdaş rayon Nehrəxəlil kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Vüqar Çələbilinin doğum günü münasibəti ilə ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailələrinə dövlət tərəfindən lazımi qayğı və diqqətin göstərilməsi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncamların, eyni zamanda şəhid ailələrinə verilən imtiyazların mahiyyəti haqqında ətraflı məlumat verən M.Əfəndiyev ailənin həyat və məişət şəraiti, qarşılaşdığı çətinliklərlə maraqlanıb.

Sonda millət vəkili seçki ərazisi üzrə dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında görüşərək xoş söhbət aparıb.

Görüşdə ilk öncə müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirildi, daha sonra savab, ülfət ayı olan Ramazanın xalqımızın dininə, eyni zamanda öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını, dərin bağlılığını nümayiş etdirməsi xüsusi vurğulandı. Sonda tədbir iştirakçıları təşəbbüsü üçün M.Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, keçirilən görüşlərdə ümumilikdə 180-ə yaxın seçici dinlənilib.