Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında həmin ərazilərdə yaşayan sakinlərlə görüşləri davam etdirir.
Aprelin 29-da rayon təşkilatının Gurbulaq, Əmirvar, Güneykənd və Alaxançallı ərazi partiya təşkilatlarında sakinlərlə görüşlər keçirilib.
Yığıncaqlarda son günlərdə işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli və möhtəşəm tikinti, quruculuq və abadlıq işlərindən, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından və Prezident İlham Əiyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq Konfransda söylədiyi fikirlərdən geniş şəkildə söhbət açılıb.
Tədbirlərdə çıxış edənlər böyük və alternativsiz siyasət yürütdüyünə görə Ölkə Prezidenti, Ali Baş Komandan ,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Yığıncaqların yekununda bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub. Digər bir qrup gənc isə partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, «İki sahil»
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”
Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub