29 aprel 2022 16:30
1125

Yasamalda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb - FOTO

YAP Yasamal rayon təşkilatı və Milli Məclisin deputatı Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

“İki sahil” xəbər verir ki, beş gün ərzində Yasamal rayonu ərazisində aztəminatlı ailələri ziyarət edilib. Müqəddəs Ramazan bayramı münasibəti ilə həmin ailələrə bayram sovqatları verilib. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə 300 aztəminatlı ailəyə bayram sovqatları verilib.