Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Qeyd edilib ki, festival 5-8 may tarixlərində Şuşada baş tutacaq. Festivalda Azərbaycan və dünya mətbəxindən təqdimatlar keçiriləcək. Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşbazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşbazların ustad dərsləri nümayiş olunacaq.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu