Tanınmış fransalı müğənni Rejin (tam adı Rejin Silberberq) vəfat edib.
“İki sahil” xəbər verir ki, o, ötən gün 92 yaşında Parisdə təbii səbəbdən dünyasını dəyişib.
Qeyd edək ki, "Gecə kraliçası" ləqəbli Rejin bu adı Avropa və ABŞ-ın 25 şəhərində sahib olduğu 20-dən çox gecə klubu ilə qazanıb. Onun təşkil etdiyi əyləncələrdə Jan-Pol Belmondo, Alen Delon kimi məşhurlar iştirak edib. O, 1940-1950-ci illərdə Fransa elitasına məxsus şəxslərə dəbli rəqslərdə oynamağı öyrədib. Rejin müxtəlif ekran işlərində bir neçə komediya rolunu da ifa edib. Müğənninin ilk evliliyindən bir oğlu var.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu