03 may 2022 13:06
1093

“Şuşa İli” çərçivəsində beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində oktyabrın 28-də keçiriləcək “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu aparılır.

ADMİU-dan "İki sahil"ə verilən məlumata görə, konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.

Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək medeniirs2022@gmail.сom elektron ünvana göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.