Mayın 10-da Turində başlayacaq "Avroviziya" mahnı müsabiqəsinin iştirakçılarına ruslar səs verə bilməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat verib.
"Müsabiqə zamanı səsvermə yalnız orada iştirak edən ölkələrdən mümkün olacaq. Tədbirdə iştirak etməyən Rusiya öz ərazisindən səs verə bilməz", - məlumatda deyilir.
Qeyd edək ki, fevral ayında Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlamışdı.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu