03 may 2022 17:47
1258

Faiq Ağayev: Kimə kömək ediriksə, bizə dişlərini qıcayır

Xalq artisti Faiq Ağayev nankorluq edən şəxsləri qınayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə müğənni “Facebook” hesabında paylaşım edib.

“Bəxtimiz belədir də - kimə kömək, yardım ediriksə, heç bir gün keçmir ki, qudurub, dişlərini qıcayır bizə. Odur ki, kimsəyə sizə nankorluq etməyə imkan verəcək qədər böyük yaxşılıqlar etməyin”, - deyə Faiq Ağayev qeyd edib.