Türkiyənin paytaxtı Ankara şəhərində Əhməd Cavadın yubileyi keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Əziz Ələkbərov da iştirak edəcək. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.
Həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində böyük şairin heykəlinin açılış mərasimi də olacaq.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu