"Avroviziya 2022" mahnı müsabiqəsi üçün bukmeker dəyərləndirmələrində Ukrayna 43 faiz ehtimalla liderdir.
"İki sahil" eurovisionworld.com-a istinadən xəbər verir ki, ikinci yerdə İtaliya - 13 faiz ehtimalla, üçüncü yerdə İsveçrə - 11 faiz ehtimalla, dördüncü yerdə Böyük Britaniya - 6 faiz ehtimalla, beşinci yerdə isə İspaniya - 4 faiz ehtimalla yer alır.
Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin qalibiyyət şansı isə 1 faizə yaxın dəyərləndirilir.
Qeyd edək ki, "Avroviziya 2022" mahnı müsabiqəsinin birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı 12 mayda, final isə 14 may tarixində İtaliyada keçiriləcək.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu