Azərbaycan mədəniyyət naziri Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub.
Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, muzeyinin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib.
Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.
Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlığın sahələri barədə danışıqlar aparılıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu