09 may 2022 13:16
1078

Mehriban Əliyeva faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda deyilir:

"Əziz veteranlar!

Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram".