Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Fərid Rzazadə (-50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (-81 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər