07 may 2022 17:37
333

"Möhtəşəmliyin Çöküşü" təqdim edilib

Yazıçı, şair, Prezident təqaüdçüsü Tural Turanın "Möhtəşəmliyin Çöküşü" adlı şeir kitabının təqdimatı və imza günü keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbiri yazıçı, şair, publisist Qurban Yaquboğlu açıb.  O, T.Turanın yaradıcılığını yüksək qiymətləndirərək, bu tədbirin moderatorluğunu etməkdə şad olduğunu bildirib. Təqdimat mərasimində "Teleqraf Media Holdinq"in rəhbəri Aynur Camalqızı Tural Turanı şair kimi də, jurnalist kimi də yüksək qiymətləndirib. Həmçinin şair Rüstəm Behrudi, araşdırmaçı jurnalist Aydın Can, sənətşünas Fəxri Məmmədzadə, kitabın ön sözünün müəllifi, şair Emil Rasimoğlu şair, yazıçı, publisist Ümid Nəccari, şair, yazıçı, publisist Ulucay Akif, yazıçı, şair Səttar Temuçin, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Ağ Partiya"nın sədri Tural Abbaslı çıxış ediblər.

Tural Turan təqdimatda öz şeirlərini səsləndiriv. Şair iştirakçılara öz təşəkkürünü bildiriv. Böyük maraqla keçən tədbir şairin kitabları imzalaması ilə yekunlaşdı. Xatırladaq ki, bu Tural Turanın biri özbəkcə olmaqla sayca altıncı kitabıdır.