"Küçədə mənə "Şirin" deyəndə əsəbiləşirəm. "Şirin müəllim" deyəndə yaxşıdır".
“İki sahil” xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov "Qısaqapanma" proqramında deyib. O, küçədə ona obrazının adı ilə səslənilməsini sevmədiyini söyləyib.
Nicat etiraf edib ki, ona "Şirin" deyən şəxslərlə mübahisə edib: "Elə olub ki, yolda maşınla o sözü deyənin arxasınca düşmüşəm. Bir dəfə işıqforda dayanmışdım. Yanda maşın saxladı, içərisi oğlan dolu idi. Açdılar şüşəni qışqırdılar "ay Şirin". Düşdüm bunların arxasınca, saxlatdırdım. Dedim ki, nə olub? Qayıtdılar ki, sizi elə sevirik. Dedim, elə salamlaşmaq olmaz, "Şirin" efirdədir. Bizdə tanınmış aktyorlara sevgisini bildirmək mədəniyyəti hələ yoxdur".
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu