11 may 2022 17:22
849

Burcu ilə Sinan ikinci dəfə boşandı

Türkiyəli aktrisa Burcu Kıratlı ilə müğənni həyat yoldaşı Sinan Akçıl boşanıb.

“İki sahil” xəbər verir ki, cütlük 9 ay davam edən evliliyin ardından ilk məhkəmə qarşılaşmasında sonlandırıb.

Mövzu ilə bağlı açıqlama verən Sinan bu sözləri deyib: "Artıq 5 aydır ayrılmışıq. Hər kəsə uğurlar. İlk boşanmada da bu qapıdan çıxmışdıq. Zatən 5 aydır evli deyildik. Bunu dəyişmək üçün heç nə etmədik. İncikliyim yoxdur. Burcu çox dəyərli insandır. Gözəl hekayə idi, amma hər hekayənin bir sonu olur. Bundan sonra görüşməyə davam edəcəyik".

Qeyd edək ki, cütlük ötən ilin fevral ayında ikinci dəfə evlənmişdi.

Daha əvvəl aktyor İbrahim Çelikkol ilə həyat yoldaşı Mihre Çelikkolın boşandığı məlum olub.