15 may 2022 11:14
555

İspaniya Ukrayna əvəzinə"Avroviziya-2023"ə ev sahibliyi etməyi təklif edir

İspaniya 2023-cü ildə "Avroviziya" Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın "RTVE" dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eisaqirre deyib.

"RTVE" [gələn ilki yarışmanın] teşkilində Ukraynaya hər cür dəstək olmağı təklif edir və əgər ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq", - deyə M.Eisaqirre bildirib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən 66-cı mahnı müsabiqəsində Ukraynanın "Kalush Orchestra" qrupu “Stefaniya” mahnısı ilə qalib olub.