“Əgər Ukrayna 2023-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi edə bilməyəcəksə, İspaniya onu öz ərazisində keçirməyə hazırdır”.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın RTVE dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eysagirr bildirib:
“RTVE bu təşkilatda Ukraynaya hər şeydə dəstək olmağı təklif edir və ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq”.
Qeyd edək ki, bu gecə müsabiqənin nəticələrinə əsasən, Ukraynanın “Kaluş Orkestri” qrupu 2022-ci ildə İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu