Rusiyalı müğənni Olqa Buzova ilk dəfə televizyada efirdə olduğu günü qeyd etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bunun üçün o "Telegram" kanalında 18 yaşında olan bir şəklini paylaşıb.
O vaxtdan bəri onun imici bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Sarışın saçlardan qaraya və ya əksinə.
"Əzizlərim, düz 18 il əvvəl, 15 may 2004-cü ildə ilk dəfə "Dom-2" realiti-şousunda TNT kanalının ekranında göründüm. Mən o zaman Sankt-Peterburq Dövlət Universitetinin ikinci kurs tələbəsi idim və bu tamaşaya getmək üçün sessiyanı qiyabi keçdim",- deyə o, nostalji xatirələrini bölüşüb.
36 yaşlı Buzova paylaşımında o vaxtdan bəri həyatının yaxşılığa doğru çox dəyişdiyini əlavə edib, həmçinin müxtəlif işlərdə ona dəstək olan bütün pərəstişkarlarına təşəkkür edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu