“Kinooperator Kənan Məmmədov 2010-cu ildə Avropa Film Akademiyasının üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər”.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycanfilm”in açıqlamasında bildirilib.
Qeyd olunub ki, hazırda Avropa Film Akademiyasının Azərbaycandan 13 üzvü var: "Kinooperator Kənan Məmmədov 2010-cu ildə bu qurumun üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər. Bunlar kinooperator Rafiq Quliyev, kinoşünas Ayaz Salayev, kinorejissorlar Vaqif Mustafayev, Hüseyn Mehdiyev, İlqar Nəcəf, Rüfət Həsənov, Asif Rüstəmov, Elvin Adıgözəl, rejissor-prodüser Orman Əliyev, rejissor Teymur Hacıyev və prodüser İradə Bağırzadədir".
Qeyd edək ki, Akademiyaya üzvlük 52 ölkə kinematoqrafçıları üçün açıqdır. Bu siyahıda Azərbaycanın da adı var.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu