19 may 2022 15:57
619

Azad olunmuş ərazilərdə 404 abidə, 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb

2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, işğaldan azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib, siyahıya alınıb: “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.