"Bizə tapşırıq verilib ki, Azərbaycan Kino Agentliyinin həm nizamnaməsini, həm də struktur layihəsini hazırlayaq. Agentliyin yaradılması çox mühüm hadisədir".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamsında deyib
Nazir kinosevərləri təbrik edib: "Hesab edirəm ki, kinomuzun inkişafında və bu sahəyə investiyasların artırılması baxımından çox önəmli addımdır. Əminəm ki, bu agentlik Azərbaycan kinosunun yeni mərhələyə qaldırılmasına töfhə verəcək".