20 may 2022 23:18
808

Şoyqu Putinə məruzə etdi: “Azovstal”da əməliyyat başa çatıb

“Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.