Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rayonun Mamusta kənd inzibati ərazi dairəsində keçirdiyi səyyar qəbul görüşdə vətəndaşların qaldırdığı bir çox məsələlər elə yerindəcə öz həllini tapdı. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakı etdiyi görüş Vətən uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Vətəndaşlar ölkə rəhbərliyin apardığı daxili və xarici siyasəti bəyəndiyini deməklə, ərazi ilə bağlı bir sıra təkliflərini söylədilər. Nəticəsi də yaxşı oldu.
İcra başçısı bir daha bildirdi ki, qəbul-görüşlərdə vətəndaşlar tərəfindən irəli sürülən bütün müraciətlər şəxsən onun nəzarəti altındadır və həlli istiqamətində qanuna müvafiq addımlar atılır. Şəxsən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara olan qayğı diqqət mərkəzindən düşmür. Vaxtılə sizi narahat edən yol problemin tezliklə öz həllini tapması, insanların şəhər mərkəzi, eləcə də kənd daxilində rahat şəkildə hərəkətin təmin olması buna bariz nümunədir.
Ənənəvi olaraq icra başçısı şəhid ailələrin, qazilərin, Vətən müharibəsi iştirakçılarının istək və qayğılarını dinlədi, onların hər biri ilə yaxından maraqlandı, qaldırılan məsələlərin həllindən ötrü vacib göstəriş və tapşırıqlarını verdi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü