21 may 2022 13:00
615

Din xadimlərinin Ağdama səfəri başlayıb

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.

Din xadimləri əvvəl rayonun Ağdamkənd kəndində olublar.

Qonaqlar burada erməni vandallığının əyani mənzərəsini müşahidə ediblər. Onlara işğal dövründə Ağdamın ermənilər tərəfindən minalanması, hazırda da rayon ərazisində mina təhlükəsinin daha ciddi bir şəkildə olması barədə məlumatlar verilib.

Hazırda səfər davam edir.

"Report"