21 may 2022 14:29
736

Din xadimlərinin Ağdama səfəri başa çatıb

Gürcüstanın din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başa çatıb
Azərbaycanda səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başa çatıb.

Qonaqlar səfərlərinin yekununda Prezidentin xüsusi nümayəndəliyində olublar.

Burada qonaqlara, Ağdamda aparılan bərpa və yenidənqurma işləri, eləcə də şəhərin baş planı barədə məlumat verilib.

Nümayəndə heyəti daha sonra işğaldan azad edilən Füzuli rayonuna yola düşüblər.

"Report"