Azərbaycanda son sutkada koronavirus (COVID-19) 3 min 273 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 704 min 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 345 min 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 847 min 172 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 267 min 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 min 337 nəfərdir.