25 may 2022 15:00
927

Dünya ulduzları Amerikadakı faciədən yazdılar

Dünyaca məşhur ulduzlar ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə atışma zamanı 19 məktəbli və 2 müəllimin qətlə yetirilməsinə münasibət bildiriblər.

“İki sahil” xəbər verir ki, aktyor Metyu Makkonaxi dünyaya göxz açdığı yerdə belə bir hadisənin baş verməsinə sərt reaksiya verib:

"Bizə verilən azadlıqdan sui-istifadə edildiyi bir daha faciəvi şəkildə sübuta yetirildi. Hər bir amerikalı güzgüyə uzun və dərindən baxıb deyə bilər: “Biz həqiqətən nəyə dəyər verirk? Problemi necə həll edirik? Bu gün daha sağlam, daha təhlükəsiz bir ölkəyə sahib olmaq üçün hansı kiçik fədakarlıqları etməliyik?"

Amerikalı aktyor Kris Evans tviter hesabında "Yetər!" qısa şərhi ilə ​​kədərini ifadə edib.

Müğənni Teylor Svift isə baş verən hadisə ilə bağlı görüntüləri patylaşaraq qəzəbli və kədərli olduğunu vurğulayıb.

Aktrisa, müğənni Selena Qomez isə sosial media hesabında bu sözləri qeyd edib:

“Bu gün doğulub böyüdüyüm Texasda sadəcə təhsil almaq istəyən 18 məktəbli qətlə yetirildi. Bir müəllim hansı ki, işi yetəri qədər qiymətləndirilmir öldürüldü. Uşaqlar məktəblərdə təhlükəsiz deyillərsə, harada təhlükəsiz olacaqlar?”

Tok-şou aparıcısı Endi Koen öz paylaşımında “Bura nəcə dəhşətli ölkədir. Qadınların dünyaya uşaq gətirmə hüquqlarını əlindən alın və hamıya silah verin. Ən pis nə ola bilər ki?!" sözlərini yazıb.

Yazıçı Stiven Kinq isə “Günahsızların qətlinə son qoyun” ifadələri ilə hislərini bölüşüb.