26 may 2022 11:42
1063

Buzova “Avroviziya”da Ermənistanı təmsil etmək istəyir

Rusiyalı müğənni Olqa Buzova Ermənistanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etmək istəyir.

“İki sahil” xəbər verir ki, o, bu barədə “Voice” jurnalının təqdimatında bildirib.

Buzova Rusiyanın siyasi səbəblərə görə müsabiqədən kənarlaşdırıldığına görə yarışda Ermənistanı təmsil edə biləcəyini deyib.