27 may 2022 14:38
694

Milli-mənəvi dəyərlərin qorunmasında ailə institutunun rolu FOTO

26 may 2022-ci il tarixində Xızı  rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial-mədəni dəyişikliklərin öyrənilməsi İB-nin tədbiri keçirildi. 

“İki sahil” xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təbliği və təsnifi , multikulturalizm milli-mənəvi dəyər və regional sabitlik ideyası kimi mövzularda məruzələr dinlənilib. Dosent, H.İbrahimov  milli –mənəvi dəyərlərin qorunmasında ailə institutunun əhəmiyyətindən bəhs edərək müasir dövrdə milli dəyərlər sisteminin təsnifatı haqqında məruzə edib.  Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçısı Fətulla Əliyev, Xızı rayonu Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva, rayon maliyyə şöbəsinin rəisi İndira Şəmsivari, pedaqoq Gürşad Şahgəldiyev və başqaları milli - mənəvi dəyərləri müasir dünyada qorumağın əhəmiyyəti və üsullarından danışıblar.

Ailə və təhsilin bu istiqamətdə sistemli, metodoloji işindən bəhs edilib. Məruzəçi f. dok. L. Abiyeva  multikulturalizm, sabitlik ideyası kimi mövzularda    məruzə edərək xalqımızın milli-mənəvi dəyərlərinin təsnifatı sistemində yer almış dəyərləri müqayisə və təhlil edib.

F.dok. H. İbrahimov Azərbaycan dövlətçiliyinin hər zaman möhkəm əsaslara malik olmasında milli-mənəvi dəyərlərin daşıdığı  komunikativ, ideoloji, inteqrativ funksiyaların əhəmiyyətindən danışıb. Zəfər Günümüzün milli dəyərlər sistemində tarixi əhəmiyyətli gün olaraq təsnifatlandırılması,  milli yaddaşımızda  qəhrəmanlıq tariximizdə xüsusi yer almasından bəhs edilib. Gələcək nəslin milli-mənəvi dəyərləri mənimsəməsinə mane ola bilən steriotiplər-müxtəlif komunikasiya və sosial şəbəkələrlə ötürülən rol oyunlarından qorunma metodları araşdırılıb.