24 avqust 2026 12:30
150

Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var

Münasibətlərimizin səviyyəsi özünü qarşılanma mərasimində göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərində qardaşcasına qarşılandı. Məlumdur ki, iki dövlət arasında iqtisadi-ictimai-mədəni əlaqələr qurulub və inkişaf etdirilib. Xatırladaq ki, hər iki ölkənin iqtisadi potensialı yüksəkdir.  Bu gün hər iki ölkə bir-birində milyonlarla dəyərində mal mübadiləsi aparır. Bakıda, Gəncədə və bir heçə iri şəhərdə ucuz və keyfiyyətli Özbəkistan malları, əsasən pambıq parçalar və geyimlər, yataq dəstləri və s. satılır. İqtisadi əlaləqələr ilbəil möhkəmlənir və və genişlənir. Keyfiyyətinə, ucuzluğuna görə Özbəkistan malları bazarlarda alıcılar tərəfindən həvəslə alınır. 

Dövlətimizin başçısı həyata keçirilən tədbirlərdən razı qaldığını ifadə edərək qardaş ölkələrin həyatında yeni mərhələnin başlandığını deyib: “Bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.”

Sitatdan göründüyü kimi, cari vəzifələr yerinə yetirildiyindən Prezidentimiz artıq yeni perspektivin açıldığını bildirib. Sonra İlham Əliyev qardaş Özbəkistanın Qarabağın inkişafına dəstəyini vurğulayıb. Qardaş ölkə Azərbaycanın Qarabağ müharibəsinin “yaralarının” sağaldılmasında özünü ilk çatdıran olkədir. Əlbəttə, yetmiş il ayrılıqdan sonra belə jest hamımızın qəlbini qürur hissi ilə doldurdu.

Prezident İlham Əliyev bu məqamı bir də xatırladı: “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.”

Qeyd etməliyik ki, layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu, şəhərlərə də yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. İki gün əvvəl keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni bütün səyləri birləşdirərək sinerji yaradılır. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri təmin edilmiş layihələrin investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir. Kifayət qədər böyük rəqəmdir və ölkələrimizin inkişafına öz müsbət təsirini göstərəcək. Həm də qarşıya qoyulmuş hədəflər tamamilə real olduğundan həlli uzun  zaman tələb etməyəcək.

Tamamilə əminik ki, Azərbaycan-Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verəcək. Bunların hamısı qardaş xalqların rifahının daha da yaxşılaşdırılmasına yönəlib. Səfər çərçivəsində iki ölkə Prezidentinin birgə iştirakı ilə Azərbaycan parkının təməli qoyuldu. Bu, özbək qardaşlarımızın dövlətimizin başçısına və xalqımıza dərin ehtiramın ifadəsidir.

Vəli İlyasov, “İki sahil”