YAP Daşkəsən rayon təşkilatı “28 May:Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda yığıncaqları davam etdirir.
YAP Daşkəsən rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası,Sukanal idarəsi,Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında “28 May: Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda iştirak edənlər nitq söyləyiblər.
Yığıncaq iştirakçıları nitqlərində müstəqilliyimizin əldə olunmasından, Ulu Öndərimiz Heydər Əliyevin ömrünü xalqımıza xidmətə həsr etməsindən və müstəqilliyimizə yenidən qovuşmaq üçün gördüyü misilsiz işlərdən, Ulu Öndərimizin layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətdən, 44 gün ərzində 30 illik vətən həsrətinə son qoyulmasından və işğaldan azad etdiyimiz ərazilərdə böyük quruculuq və abadlıq işlərinin uğurla aparılmasından söhbət açıblar.
Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında gənclər və şagirdlər rəqs ediblər, şeir söyləyiblər.