28 may 2022 08:28
755

XİN başçısı xalqımızı təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.

Yaşasın Azərbaycan!”.