28 may 2022 10:21
886

Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir

Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “28 may - Müstəqillik Günü” münasibətilə keçirilən tədbir  Ulu Öndər Heydər Əliyevin, eləcə  doğma Azərbaycanın  müstəqilliyi, ərazi bütövlüyü uğrunda  şəhid olan qəhrəman  Vətən övladların  xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı. Azərbaycan Respublikasının Dövlət Himni  oxunduqdan sonra Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva giriş nitqi  söylədi.  O, vurğuladı ki, bu tarixi, xalqımıza əziz olan  gün  Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamlarına  əsasən təntənəli şəkildə hər il bayram edilir.

Tədbirdə  söz alan Gənclər İnkişaf  və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, müstəqilliyimizin şərəfli yollarını, milli dövlətçiliyimizin parlaq səhifələrini  əhatəli şəkildə göstərdi.  Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova öz “Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda mühazirəsində  isə bildirdi ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi,  dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü