Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin və YAP Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Şəhid Nicat Əhmədovun ailə üzvləri, Şuşa Rayon Təhsil Sektorunun məsləhətçisi Aydan Bağırova və YAP Şuşa rayon təşkilatının məsləhətçisi Elmir Rzayev iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəmilə Əhmədova Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra dövlət tərəfindən yeni meyarların müəyyənləşdirildiyini qeyd edib. Onun sözlərinə görə torpaqlarımızın azad edilməsi, ərazi bötüvlüyümüzün bərpası və Şəhidlərimizin qisasının alınması milli kimliyimizin qaytarılmasıdır.
Daha sonra çıxış edənlər vurğulayıblar ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi.
Sonra məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.