28 may 2022 13:03
715

Əfv Sərəncamı bu məhkumlara da şamil edilib

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində də icra edilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, həmin müalicə müəssisəsində 5 nəfərə arayış təqdim edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfəri əhatə edib.