28 may 2022 13:22
977

Müstəqilliyimiz əbədidir

“Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa  Masallı rayon Heydər Əliyev Mərkəzində  rayon İcra Hakimiyyəti və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı sayəsində baş tutdu.

Ulu Öndər  Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan  Vətənin qəhrəman övladların  xatirəsi bir dəqiqəlik sükutla  anılmaqla  başlanan tədbirdə  giriş nitqini Masallı Rayon İcram Hakimiyyəti bacısının  müavini Aybəniz Qafarova  söylədi. 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və milli dövlətçilik tariximizdən ətraflı danışan natiq onu da bildirdi ki, XX əsrin sonlarında  yenidən hakimiyyətə qayıdan  Türk xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün misilsiz işlər  gördü.   Bu dahi şəxsiyyətinin yolunu davam edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Azərbaycanı həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın aparıcı dövlətlərinin cərgəsinə qaldırdı.  Elə  44 günlük Vətən müharibəsində xalqımızın qazandığı  Zəfərin təməlində də Ulu Öndərin siyasəti önəmli rol daşıdı.

 Daha sonra çıxış edən YAP Masallı rayon Təşkilatının sədri S. Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru D. İbayeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Ə. Tağıyeva, Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini İ. İmanbəyli və digərləri  bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər saldılar, qazanılan müstəqilliyin  əhəmiyyətindən qürurla söhbət açdılar.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü