Kanberra şəhərində yerləşən Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
"İki sahil" xəbər verir ki, bu tədbir ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü, eyni zamanda, Avstraliya ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.
Paytaxt Kanberranın 50 illiyi münasibətilə Britaniya hökumətinin Avstraliyaya hədiyyəsi olan və hündürlüyü 50 metr təşkil edən Milli Kariyon şəhərin ən görməli yerlərindən birində yerləşir və şəhər sakinlərinin əsas gəzinti və istirahət güşələrindən biridir.
Gecə saatlarında Azərbaycan bayrağının rənglərində işıqlandırılan Kariyon Avstraliya paytaxtında möhtəşəm görüntü yaradıb.
Prezident İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var