Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 597 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 812, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 201 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 721 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 697, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 279 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 642 nəfər təşkil edir.