28 may 2022 16:47
943

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 597 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 812, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 721 min 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 347 min 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 848 min 697 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 279 min 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 min 642 nəfərdir.