Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin uğurlu rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik.
"İki sahil" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında paylaşıb.
“Müharibədə də, sülhdə də Azərbaycanın yanında olmaqda davam edəcəyik”, - deyə paylaşımda qeyd olunub.
Digər paylaşımda isə deyilir: “TEKNOFEST ailəsi bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atıb. Eyni uğuru Azərbaycanda da qazanacağımıza şübhəm yoxdur. Türk dünyasının ən yeni texnologiyaları istehsal edəcək gənc nəsillərlə çığır açacaq nailiyyətlər geçəkləşdirəcəyinə ürəkdən inanıram”.
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var