28 May – Müstəqillik Günü münasibətilə İstanbulunun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
"İki sahil" xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə baş tutub.
Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəni birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.
Kompozisiya yerli vətəndaşlar və bu şəhərdə qonaq olan turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər