29 may 2022 15:33
745

Vətən sevdalıları unudulmur

İkinci Qarabağ müharibəsində haqq savaşımizda  qəhrəmanlıq göstərib  tarix yazan Vətən sevdalısı Araz Elsevər oğlu Seyfullayev Masallı elində dünyaya göz açmışdır. Adı dillərdə hünər dastanına dönmüş qalib şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi  Təyinatlıların  tərkibində  yağıya qarşı döyüşmüşdür. Ünvanı masallıların qürur yeri olan Araz ölümündən sonra   "Azərbaycan Bayrağı" ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü " və digər  medallara layiq görülübdür.

Milyonların ürəyində əbədi yurd-yuva quran Araz Elsevər oğlunun doğum günü münasibətilə xatirəsi anıldı. Rayonun çox hissəsi qəhrəman oğluna ehtiramlarını bildirməkdən ötrü tədbirə qatılmışdı. Əvvəlcə məzarı ziyarət edildi, önünə tər güllər düzüldü. Ziyarətçilər daha sonra şəhidin ailəsinə baş çəkdilər. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev  söhbət əsasında bildirdi ki, Vətən müharibəsinin şəhidləri canından keçərək  xalqımıza şanlı Zəfər yaşatdılar. Bununla şəhidlər Vətən səmasının əbədi  parlaq Günəşinə çevirdilər. Arazda belə. Hər dəfə onun adı  çəkiləndə Masallı camaatı böyükdən kiçiyə iftixar hissi keçirirlər. Arazın uyuduğu torpaq  bizim and yerimizdir. 

Şəhid ailəsi isə öz növbəsində göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq  etdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyini üzvü