Son aylarda quraqlıqdan əziyyət çəkə İraqda Mosul su anbarının dayazlaşması qədim şəhəri üzə çıxarıb.
Kemune adlandırılan arxeoloji sahənin 3400 yaşı olduğu düşünülür. Xarabalıq tunc dövrünə aid saray və bir neçə digər böyük tikililərdən ibarətdir.
Alimlər hesab edirlər ki, xarabalıqlar eramızdan əvvəl 1550-1350-ci illərdə Dəclə çayının sahilində çiçəklənən Mittani imperiyasının mərkəzi olan qədim Zəkiku şəhəri ola bilər.
Tədqiqatçılar saraydan başqa bir neçə maraqlı tikili də aşkar ediblər. Bunlara divarı və qüllələri olan böyük istehkam, sənaye kompleksi və nəhəng çoxmərtəbəli anbar binası daxildir.
Ən maraqlı tapıntı isə keramik küplər olub. Onların üzərində mixi yazıları olan 100-dən çox bişməmiş gil lövhə olub. Komanda ümid edir ki, bu qeydlərdə sakinlər və hətta şəhərin məhvinə səbəb olan zəlzələ haqqında bəzi məlumatlar ola bilər.
Oxu.Az
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır