"Aparıcılar məni Azərbaycanın 1 nömrəli klarnet ifaçısı kimi təqdim edirlər. Məni bu tərzdə təqdim edəndə onlara iradımı bildirirəm. Bilirsiniz, necə böyük sənətkarlar, klarnet ifaçıları var?".
“İki sahil” xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. "Xəbər-əttər" verilişində qonaq olan musiqiçi klarnet ifaçılarının ulduzu olduğunu deyib: "Onların yanında mənə 1 nömrə demək düzgün deyil, haqsızlıqdır. Azərbaycanın ən sevilən, ən məşhur klarnet ifaçısı ola bilərəm. Hətta klarnet ifaçılarının ulduzuyam. Ancaq böyük sənətkarlar var, onlardan üzr istəyirəm. Elə aparıcılar var ki, onları heç kim tanımır".