09 iyun 2022 19:08
1165

Qala divarında törədilən vandalizm aktı ilə bağlı lazımi tədbir görülür

09 iyun 2022-ci il tarixində bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

“İki sahil” xəbər verir ki,  bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir”, - Şahin Seyidzadə qeyd edib.